Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 81 fələstinli yaralanıb

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 81 fələstinli yaralanıb
  • Clock-gray 06:54
  • calendar-gray 26 Oktyabr 2019

Cümə günü Qəzza zolağında İsrail qoşunları ilə toqquşmalarda xəsarət alan fələstinlilərin sayı 81 nəfərə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstinin “WAFA” xəbər agentliyi məlumat yayıb. Buna qədər 50 yaralı fələstinlinin olduğu bildirilirdi.

Agentliyin məlumatına görə, xəsarət alanlar arasında 11 uşaq və tibb işçiləri də var. Qeyd olunur ki, 37 nəfər odlu silahdan açılan güllə ilə, 29 nəfər isə metal nüvəli rezin güllə ilə yaralanıb. Həmçinin onlarla insan gözyaşardıcı qaz zamanı zəhərlənib.

Bu, artıq Qəzza zolağında Fələstin etirazlarının 80-ci cümə günüdür. Etirazlar hər dəfə İsrail qoşunları ilə qarşıdurmalarla müşayiət olunur. 30 Mart 2018-ci ildən bu yana hər cümə günü qeyd olunan yürüşlər zamanı 314 nəfər ölüb. İsrail ordusu iğtişaşların fəal iştirakçılarına qarşı silahdan istifadəni sərhədi qorumağın zəruriliyi ilə izah edir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date