Ərdoğan: “Astana prosesi adlı bir şey qalmayıb”

Ərdoğan: “Astana prosesi adlı bir şey qalmayıb”
# 29 yanvar 2020 15:03 (UTC +04:00)

Suriyada münaqişənin nizamlanması üzrə Astana prosesi adlı bir şey qalmayıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, hazırda Astana proesesi səssizliyə bürünüb.

“Astana prosesini yenidən aktivləşdirmək üçün Türkiyə, Rusiya və İran nə edə bilər, bunu müzakirə etmək lazımdır. Onsuz da ABŞ yüksək səviyyədə burada iştirak etmir, əsasən səfir və xüsusi nümayəndə ilə təmsil olunur. Astana prosesində əsas etibarilə üç ölkə - Rusiya, İran və Türkiyə iştirak edir. Nəticə əldə etmək müzakirə mövzusu olmalıdır”, - deyə Ərdoğan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR