Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”

Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
# 22 fevral 2020 17:36 (UTC +04:00)

“Dünən mənim həm Merkel və Makron, həm də Putinlə telefon söhbətlərimiz oldu, bütün bu danışıqlardan sonra biz öz yol xəritəmizi müəyyənləşdirdik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O deyib ki, Türkiyə regionda yaşanan gərginliyi aradan qaldırmaq məcbudiyyətindədir: “Bölgəmizdə yaşanan gərginliklərin qarşısını zamanında almasaq qarşıdakı illərdə bizə öz torpaqlarımızda həyatı zindan edərlər. Bu mücadilədə ölkəmizin mənafeyi ilə digər güclərin mənafeyi ilə toqquşur. Lazım gələrsə təkbaşımıza addım ataraq ölkəmizi doğru hədəflərə çatdırmaq əzmindəyik. Həm danışıqlar masası ətrafında, həm də döyüş meydanında. Müqavimət göstərdiyimiz hər bir məsələdə istədiyimiz nəticəni aldıq və bu yolla da davam edəcəyik”.

Ərdoğan bildirib ki, hazırda Türkiyənin Suriya, Liviya və Aralıq dənizində apardığı mübarizə davamlı olmazsa, bu sabah Türkiyə üçün ağır nəticələrə gətirib çıxarar: “Bu gün bizim Şərqi Aralıq dənizində sadəcə qazma gəmiləri deyil, savaş gəmiləri və təyyarələrimiz də mövcuddur. 500 il öncə ordaydıq, yenə də ordayıq”.

Ötən həftə Pakistanda olduğunu, fevralın 25-də isə Azərbaycana səfər edəcəyini vurğulayan R.T.Ərdoğan bu səfərlərin Türkiyənin varlığını ortaya qoymaq məqsədi daşıdını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR