Ərdoğan: “Çindən Türkiyəyə ilkin mərhələdə 4,5 milyon doza COVID-19 peyvəndi gətiriləcək”

Ərdoğan: “Çindən Türkiyəyə ilkin mərhələdə 4,5 milyon doza COVID-19 peyvəndi gətiriləcək”
# 25 dekabr 2020 16:03 (UTC +04:00)

Çin Xalq Respublikasından (ÇXR) Türkiyəyə ilkin mərhələdə 4,5 milyon doza COVID-19 peyvəndi gətiriləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O deyib ki, ÇXR ilə əldə edilən razılaşma əsasında Türkiyə ümumilikdə 50 milyon doza peyvənd gətiriləcək.

Türkiyə Prezidenti ölkə əhalisinə koronavirusdan müdafiə üçün peyvənd olunmağı tövsiyə edib. O, özünün də COVID-19-a qarşı peyvənd olunacağını vurğulayıb.

Ərdoğan yeni il bayramı zamanı COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı gələn həftə nazirlərlə birgə iclas keçirəcəyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR