Ərdoğan İstanbulda Həmas Siyasi Bürosunun başçısı ilə görüşüb

Ərdoğan İstanbulda Həmas Siyasi Bürosunun başçısı ilə görüşüb
# 02 fevral 2020 04:22 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü İstanbulda Həmas Qəzza sektorunun siyasi bürosunun rəhbəri İsmayıl Haniyeni qəbul edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar Vahdettin köşkündə bağlı qapılar arxasında keçirilib.

Qeyd edək ki, bir gün əvvəl Ərdoğanla Fələstin lidei Mahmud Abbas arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı telefon danışığı olub.

Tərəflər ABŞ-ın Fələstin-İsrail münaqişəsinin həllinə dair təklif etdiyi sülh planı müzakirə ediliblər. Türkiyə prezidenti Fələstin xalqının öz hüquqları uğrunda mübarizəsinə dəstəyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR