Ərdoğan Merkellə Liviyadakı vəziyyəti müzakirə edib

Ərdoğan Merkellə Liviyadakı vəziyyəti müzakirə edib
# 19 yanvar 2020 03:36 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, iki lider arasında Liviyadakı son vəziyyət müzakirə edilib.

Rəsmi Ankaranın yaydığı məlumata görə, Ərdoğan Merkellə regional problemləri, xüsusilə Liviyadakı vəziyyətin inkişafını müzakirə ediblər.

Qeyd edək ki, yanvarın 19-da Berlində Liviyadakı son vəziyyəti tənzimləməklə bağlı konfrans keçiriləcək. Rusiya, ABŞ, Türkiyə, Misir, Avropa Birliyi, BMT və digər ölkələrin nümayəndələri tədbirə dəvət olunub.

Milli Barışıq Hökumətinin Baş naziri Faiz Sarraj və Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftar Berlin konfransında iştirak edəcəklərini açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR