Ərdoğan: “Peyvəndolunma kampaniyasına qoşulacağım barədə öncədən bildirdim, vədimə əməl etdim”

Ərdoğan: “Peyvəndolunma kampaniyasına qoşulacağım barədə öncədən bildirdim,  vədimə əməl etdim”
# 14 yanvar 2021 20:06 (UTC +04:00)

“Öncədən Səhiyyə nazirimiz də, mən də bu kampaniyada iştirak edəcəyimizi bildirdik və buna əməl etdik. Başda siyasi liderlərimiz və millət vəkillərimiz olmaqla, digər şəxslərimiz də peyvənd olunma kampaniyasına qoşularlarsa, pandemiya əleyhinə mübarizəmizə daha çox faydası olar”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Ankara Şəhər Xəstəxanasında koronavirusa qarşı peyvənd olunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peyvəndolunma prosesindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ərdoğan Ankara Şəhər Xəstəxanasının heyətinə göstərdiyi xidmətə görə təşəkkür edib.

Qeyd edək ki, Türkiyə Prezidentindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və digər dövlət səlahiyyətliləri də peyvənd olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR