Ərdoğan Suriya hakimiyyətini hədələyib

 Ərdoğan Suriya hakimiyyətini hədələyib
# 05 fevral 2020 13:06 (UTC +04:00)

“Əgər fevral ayının sonuna kimi Suriya ordusu müşahidə məntəqələrimizdən geri çəkilməsə, Türkiyə bu işi şəxsən özü etmək məcburiyyətində qalacaq. Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da bunu bildirdim”.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında deyib.

“2015-ci ildən etibarən Suriyadakı böhran tamamilə nəzarətdən çıxıb. Suriya hökuməti ilə 1998-ci ildə imzaladığımız “Adana razılaşması” Türkiyənin Suriya ərazisində hərbi əməliyyatlar aparmaq haqqını tanıyır. Bu çərçivədə ilk olaraq 2016-cı ilin avqustunda “Fərat qalxanı” hərəkatını başlatdıq. 3 mindən çox İŞİD-çi zərərsizləşdirildi. “Fərat qalxanı” İŞİD-ə qarşı aparılan yeganə ciddi hərbi əməliyyatdır. İŞİD-in belini qırdıq. 2017-ci ildə Astana danışıqları başladı. 2018-ci ilin yanvar ayında “Zeytun budağı” hərəkatı nəticəsində Afrini terrorçulardan təmizlədik. Zərərsizləşdirilən terrorçuların sayı 4500-ə çatdı. İdlibdə hərbçilərimizə edilən hücum Türkiyə baxımından Suriyada yeni bir dövrün başlanğıcıdır”, - deyə Ərdoğan vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR