Ərdoğan: “Türkiyədə ölkə boyu iş yerləri saat 22:00-dan bağlanacaq”

Ərdoğan: “Türkiyədə ölkə boyu iş yerləri saat 22:00-dan bağlanacaq”
# 03 noyabr 2020 21:26 (UTC +04:00)

“Bütün Türkiyədə iş yerləri saat 22:00-dan qapanacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının, ölkə boyu, xüsusilə də İstanbulda çox artdığını vurğulayan prezident deyib ki, restoran, kafe, şadlıq evləri, nikah salonları, bərbərxanalar, konsert salonları, teatrlar, kinoteatrlar, istirahət mərkəzləri, müalicəvi termal su obyektləri və bu kimi yerlərin fəaliyyəti yerli vaxtla saat 22.00-da başa çatacaq.

R.T.Ərdoğan COVID-19-un yayılma sürətindən asılı olaraq qarşıdakı həftələrdə məktəblərdə əyani təhsilin dayandırılması məsələsinin də aktual olduğunu bildirib.

Prezident Türkiyə istehsalı olan yeni növ koronavirus peyvəndinin gələn ilin yaz aylarından tətbiq olunmasının nəzərdə tutulduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR