Ərdoğan Türkiyəyə daha 25-30 milyon dozada Çin vaksini idxal olunacağını bildirib

Ərdoğan Türkiyəyə daha 25-30 milyon dozada Çin vaksini idxal olunacağını bildirib
  • Clock-gray 20:25
  • calendar-gray 14 Yanvar 2021

“Bu gün ərzində indiyədək 256 min nəfərə peyvənd vurulub”. 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Ankara Şəhər Xəstəxanasında koronavirusa qarşı peyvənd olunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peyvəndolunma prosesindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ərdoğan deyib ki, peyvənd olunma prosesi 5 dəqiqə, peyvəndə qarşı orqanizmin necə reaksiya vermə müddəti isə 15 dəqiqə olduğu üçün, vaksini qəbul edən hər şəxsə ümumilikdə 20 dəqiqəlik vaxt sərf olunduğuna görə, xəstəxanalar gərgin iş rejimində çalışır. 

“Türkiyəyə ilk mərhələdə gələn peyvəndin miqdarı məlumdur. Hazırda ölkəmizdə olan Çin istehsalı olan vaksinlərdir. Sonrakı mərhələdə ölkəyə daha 25-30 milyon dozada peyvənd idxal olunacaq”, deyən Türkiyə Prezidenti vaksin idxalı ilə bağlı Almaniya ilə də danışıqların davam etdiyini vurğulayıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər