Ərdoğan və Putin “Türk axını”nın açılış mərasimindən sonra yenidən görüşüblər

Ərdoğan və Putin “Türk axını”nın açılış mərasimindən sonra yenidən görüşüblər
  • Clock-gray 18:04
  • calendar-gray 08 Yanvar 2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin “Türk axını” qaz kəmərinin açılış mərasimindən sonra yenidən görüşüblər.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.

Görüşdə hər iki ölkənin xarici işlər və müdafiə nazirləri də iştirak ediblər. Görüş 30 dəqiqə çəkib.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri “Türk axını” qaz kəmərinin açılış mərasimindən əvvəl görüşüblər. Görüş saat yarımdan çox çəkib. Rusiya və Türkiyə liderləri nümayəndə heyətlərinin iştirakı olmadan təkbətək formatda görüş keçiriblər.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər