Ruhani: “ABŞ Yaxın Şərqdə terrorizmi dəstəkləyir”

Ruhani: “ABŞ Yaxın Şərqdə terrorizmi dəstəkləyir”
# 25 sentyabr 2019 11:09 (UTC +04:00)

“ABŞ Yaxın Şərqdə terrorizmi dəstəkləyir”.

APA-nın xəbərinə görə, bunu İran Prezidenti Həsən Ruhani “Fox News”a müsahibəsində deyib.

H. Ruhani bildirib ki, terrorizm hara ayaq açsa, ABŞ onu orada dəstəkləyir.

İran Prezidenti qeyd edib ki, amerikalı həmkarı Donald Trampın terrorizmlə bağlı şərhləri onu təəccübləndirib: “Bu gün çox təəssüf ki, ABŞ bizim regionda terrorizmi dəstəkləyir. Suriya səmalarında uçan və onun quru ərazilərinə hava zərbələri endirən dövlət Amerika Birləşmiş Ştatlarıdır”, - deyə o, qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxışı zamanı deyib ki, İran dünyada terrorun bir nömrəli sponsorudur. ABŞ Prezidenti qeyd edib ki, İran Suriya və Yəməndə də müharibələrə dəstək verir. İran bu siyasəti davam etdirdikcə, tətbiq olunan sanksiyalar aradan qalxmayacaq, əksinə sərtləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR