Ruhani: “İran xalqının hüquqlarına hörmət edilərsə, danışıqlar üçün yol açıqdır”

Ruhani: “İran xalqının hüquqlarına hörmət edilərsə, danışıqlar üçün yol açıqdır”
  • Clock-gray 12:27
  • calendar-gray 02 Oktyabr 2019

“İran xalqının hüquqlarına hörmət edilərsə, danışıqlar üçün yol açıqdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün Nazirlər Kabinetinin iclasında İran Prezidenti Həsən Ruhani deyib.

İran Prezident Nyu-York səfəri və nüvə proqramına dair danışıqlara da münasibət bildirib.

O qeyd edib ki, Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampa görüş üçün müraciət olunsa da, D. Tramp sanksiyaları genişləndirəcəyini deyib: “Avropalı dostlarımıza dedim ki, onun dediklərinin hansına inanaq?! Mənə bildirdilər ki, siyasətdə belə hadisələr olur, hər halda amerikalılar görüşə hazırdır. Fransa Prezidenti Emmanuel Makrona təşəkkür edirəm. Fransa Prezidenti ABŞ və İran prezidentlərinin görüşünün baş tutması üçün çox çalışdı. Nəticələrin əldə olunmamasının səbəbkarı Ağ Evdir. Bütün ölkələr İranla birlikdə çalışdı. Tramp avropalılara görüşə hazır olduğunu desə də, BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışında sanksiyalarını genişləndirəcəyini bildirdi”. 

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date