Rusiyanın hərbi təyyarəsi Cənubi Koreyanın hava məkanını pozub

Rusiyanın hərbi təyyarəsi Cənubi Koreyanın hava məkanını pozub
# 23 iyul 2019 11:04 (UTC +04:00)

Rusiya Federasiyasının Hərbi Kosmik Qüvvələrinə məxsus təyyarə Yapon Dənizində Cənubi Koreyanın hava məkanını pozub.

APA “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Silahlı Qüvvələri qərargahının rəhbərlər komitəsi məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında Rusiya Federasiyasına məxsus 3 hərbi təyyarə və Çinə məxsus 2 təyyarə Cənubi Koreyanın hava məkanına daxil olub. Rusiya təyyarələrindən biri Koreyanın hava məkanını iki dəfə - saat 09:00 və 09:30-da pozub.

Qeyd edilir ki, bu, Rusiyanın Hərbi Kosmik Qüvvələri tərəfindən Koreya Respublikasının hava məkanının ilk pozulması halıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR