Sabah "Faksay" qasırğası Yaponiyanı vuracaq

Sabah "Faksay" qasırğası Yaponiyanı  vuracaq
  • Clock-gray 10:47
  • calendar-gray 08 Sentyabr 2019

Güclü "Faksay" qasırğasının Yaponiyanın mərkəz və şərq rayonlarına yaxınlaşması ilə əlaqədar 23 daxili aviareys ləğv edilib

 APA-nın NHK telekanalına istinadən verdiyi məlumata görə, paytaxt Tokio və Osaka şəhərləri arasında 50-yə qədər sürət qatarının hərəkəti də təxirə salınıb.

Qasırğa hazırda Xatidzyo adasından 140 km cənub-qərbdədir və saatda 30 km sürətlə şimal-qərb istiqamətdə hərəkət edir.

Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 60 metrə, dənizdə dalğanın hündürlüyü 10 metrə çatır

"Faksay" qasırğasının Tokionu bazar ertəsi axşam vuracağı gözlənilir. Paytaxtın yerləşdiyi Kanto rayonunda 300 millimetrə qədər yağıntının düşməsi, küləyin sürətinin saniyədə 40 metrə çatması proqnozlaşdırılır.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date