Sel və daşqınlar İranda fəsadlara səbəb olub

Sel və daşqınlar İranda fəsadlara səbəb olub
  • Clock-gray 13:44
  • calendar-gray 01 Noyabr 2019

Ötən bir neçə gün ərzində yağan güclü yağışlar nəticəsində İranın 5 əyalətində sel və daşqınlar baş verib. 

APA-nın Tehran bürosunun məlumatına görə, sel və daşqınlar İranda problemlər yaradıb, bir nəfər həyatını itirib.

İranın Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, Çahar-Mahal və Bəxtiyari, Cənubi Xorasan, Rəzəvi Xorasan, Şimali Xorasan və Simnan əyalətlərində yerləşən 11 şəhər və kəndə yardımlar göndərilib.

Hava proqnozları bürosunun məlumatına görə, İranda yağıntılar ötən illərlə müqayisədə artıb.

Su bəndlərində də suyun səviyyəsi artıb. 

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date