Səudiyyə Ərəbistanı İranın neft gəmisini girov saxlayır

Səudiyyə Ərəbistanı İranın neft gəmisini girov saxlayır
# 05 iyul 2019 14:13 (UTC +04:00)

Səudiyyə Ərəbistanı 3 ay öncə texniki nasazlıq ucbatından bu ölkənin Ciddə şəhər sahilində dayanan İran neft gəmisini girov saxlayır .

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin nümayəndəsi Mənsur Həqiqətpur deyib.
O deyib ki, Səudiyyə Ərəbistanı bu gəminin təmiri üçün çox yüksək məbləğdə pul tələb edir və problemin həlli üçün İranın Xarici İşlər Nazirliyi addım atmalıdır.

İranın neft naziri Bijən Namdar Zəngənə Ciddə şəhər sahilində İranın neft tankerinin girov saxlanıldığını təsdiqləyib və bildirib ki, hazırda İran Milli Neft Şirkətinin rəsmiləri gəminin ölkəyə qaytarılması ilə bağlı danışıqlar aparır: “Çünki maliyyə xərclərindən əlavə, bizim işçilərimizin orda olması və ekoloji faciənin yaranması ehtimalı da var”.
Qeyd edək ki, İranın neft daşıyan "Happiness -1" adlı gəmisi 3 ay öncə Qırmızı dənizdə üzən zaman texniki nasazlıqdan Səudiyyə Ərəbistanı sahilinə çıxmalı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR