Səudiyyə Ərəbistanı iranlı 19 balıqçını sərbəst buraxıb 

Səudiyyə Ərəbistanı iranlı 19 balıqçını sərbəst buraxıb 
# 31 oktyabr 2019 13:13 (UTC +04:00)

Səudiyyə Ərəbistanında həbs edilmiş iranlı 19 balıqçı sərbəst buraxılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin Buşəhr əyaləti üzrə nümayəndəliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, aparılmış danışıqlar nəticəsində ötən il Səudiyyə Ərəbistanının sahil təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan 2 balıqçı gəmisi və 19 ekipaj üzvi azad edilib və İrana qaytarılıb.
Bildirilir ki, hazırda Buşəhr əyalətindən daha bir balıqçı gəmisi ilə bir neçə balıqçı Səudiyyə Ərəbistanında həbsdə saxlanılıb. Hazırda onların da azad olunması üçün danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR