Səudiyyə Ərəbistanı neft emalı zavodlarına hücumun İranla bağlı olduğunu sübut edən dəlillər təqdim edəcək

Səudiyyə Ərəbistanı neft emalı zavodlarına hücumun İranla bağlı olduğunu sübut edən dəlillər təqdim edəcək
# 18 sentyabr 2019 15:23 (UTC +04:00)

Səudiyyə Ərəbistanı ölkənin neft emalı zavodlarına hücumun İranla bağlı olduğunu sübut edən dəlillər təqdim edəcək.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bəyan edib.

Nazirlik bildirib ki, bu gün "İran rejiminin terror hücumunda iştirakını sübut edən maddi sübutlar və İrana məxsus silahları" beynəlxalq ictimaiyyətə təqdim etmək üçün mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR