Səudiyyə Ərəbistanında nikahda olmayan əcnəbilərə mehmanxanada bir otaqda qalmağa icazə verilib

Səudiyyə Ərəbistanında nikahda olmayan əcnəbilərə mehmanxanada bir otaqda qalmağa icazə verilib
# 06 oktyabr 2019 19:52 (UTC +04:00)

Səudiyyə Ərəbistanında nikahda olmayan kişi və qadın turistlərə bir otaqda qalmağa icazə verilib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi Səudiyyə Ərəbistanının Turizm və Milli İrs üzrə Komissiyasına istinadən məlumat yayıb.

İndiyə qədər Səudiyyə Ərəbistanında nikah barədə sənəd təqdim etməyən cütlüklərə mehmanxanada bir nömrədə qalmağa icazə verilməyib.

Yeni qayda ölkə vətəndaşlarına şamil edilmir. Səudiyyə Ərəbistanının vətəndaşı olan qadın və kişi ölkədəki mehmanxanalarda bir nömrədə qalmaq üçün nikah barədə sənəd təqdim etməlidir.

Qeyd edək ki, bu ilin sentyabrında Səudiyyə Ərəbistanında turistlərə fərdi viza verilməsinə başlanıb. Həmin vaxta qədər ancaq əmək miqrantları, zəvvarlar, ölkəyə iş, konsert və idman tədbirləri ilə əlaqədar gələnlərə viza verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR