Suriya Hərbi Hava Qüvvələrinin bazasında partlayış baş verib, ölənlər var

Suriya Hərbi Hava Qüvvələrinin bazasında partlayış baş verib, ölənlər var
# 03 avqust 2019 21:24 (UTC +04:00)

Suriya Hərbi Hava Qüvvələrinin Xoms əyalətinin Şairat şəhərindəki silah-sursat anbarında partlayış olub.

APA SANA agentliyinə istinadən xəbər verir ki, hadisə bazada sursatların daşınması zamanı baş verib.

Qəza nəticəsində bir neçə nəfər ölüb.

İlkin məlumatlara görə, silah-sursatların istismar müddəti başa çatdığından onların tərpədilməsi zamanı “texniki səhv” üzündən partlayış qaçılmaz olub.

“Al Arabiya” televiziyası ən azı 12 hərbçinin öldüyünü xəbər verib. Lakin bu məlumat rəsmən təsdiqini tapmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR