Suriyanın İdlib bölgəsindəki düşərgə raket atəşinə tutulub, 12 nəfər ölüb

Suriyanın İdlib bölgəsindəki düşərgə raket atəşinə tutulub, 12 nəfər ölüb
# 21 noyabr 2019 04:48 (UTC +04:00)

Suriyada Bəşər Əsəd rejiminin dəstəklədiyi silahlı qruplaşmalar Hələbin cənub çölündəki Azzam dağında olan mövqelərindən İdlib bölgəsindəki düşərgələrə hücum edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, raket hücumları nəticəsində əksəriyyəti uşaq olmaqla 12 dinc sakin öldürülüb, azı 40 nəfər isə yaralanıb.

İdlibin mülki müdafiə qrupları bölgədə axtarış-xilasetmə və yanğın söndürmə işlərini davam etdirir. Hücumda çox sayda çadıra ziyan dəyib.

Raket hücumu nəticəsində yaralananlardan 4 nəfəri Türkiyəyə aparılıb. Yaralılar təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanalara çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR