Suriyanın şimalında Türkiyənin 5 hərbçisi yaralanıb

Suriyanın şimalında Türkiyənin 5 hərbçisi yaralanıb
# 24 oktyabr 2019 18:01 (UTC +04:00)

Suriyanın şimalında yerləşən Rasulayn bölgəsində PKK/YPG terrorçuları tərəfindən Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə hücum edilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, terrorçular minaatanlardan Türkiyə ordusunun mövqelərini atəşə tutublar, habelə hücum zamanı drondan istifadə edilib.

Nəticədə Türkiyə ordusunun 5 hərbçisi yaralanıb.

Türkiyə Silahlı Qüvvələri terrorçulara cavab atəşi açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR