Suriyanın şimalında yaradılacaq təhlükəsiz zonaya nəzarət üçün ABŞ və Türkiyə ortaq mərkəz yaradır

Suriyanın şimalında yaradılacaq təhlükəsiz zonaya nəzarət üçün ABŞ və Türkiyə ortaq mərkəz yaradır
  • Clock-gray 19:35
  • calendar-gray 13 Avqust 2019

Suriyanın şimalında yaradılacaq təhlükəsiz zonaya nəzarət üçün ABŞ və Türkiyə ortaq mərkəz yaradır.

APA-nın Türkiyə Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ABŞ-dan gələn 6 nəfərlik nümayəndə heyətinin də cəlb olunduğu Şanlıurfada yaradılacaq Müştərək Hərəkat Mərkəzinin infrastrukturunun qurulmasına başlanıb və Mərkəzin tez zamanda fəaliyyətə başlaması üçün işlər tam sürətlə davam edir.

Xatırladaq ki, 5-7 avqustda Türkiyə və ABŞ-dan olan hərbçilər Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması ilə bağlı görüşlər keçiriblər. 

Keçirilən görüşlərin nəticəsi olaraq Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması barədə razılıq əldə olunub.  

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date