Suriyanın Tel Abyad şəhəri YPG/PKK terrorçularından təmizlənib

Suriyanın Tel Abyad şəhəri YPG/PKK terrorçularından təmizlənib
# 13 oktyabr 2019 17:21 (UTC +04:00)

“Barış bulağı” əməliyyatı çərçivəsində bu gün Suriyanın Tel Abyad şəhəri YPG/PKK terrorçularından təmizlənib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə ordusu və müxalif Suriya Milli Ordusunun bölmələri şəhərə nəzarəti tam təmin edib.

Beləliklə, oktyabrın 9-da başlanan “Barış bulağı” əməliyyatı çərçivəsində Rasulayn və Tel Abyad şəhərləri, o cümlədən 42 kənd YPG/PKK terrorçularından təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR