Tailandda yük maşınının furqona çırpılması nəticəsində 2 nəfər yanıb

Tailandda yük maşınının furqona çırpılması nəticəsində 2 nəfər yanıb
# 23 avqust 2019 11:10 (UTC +04:00)

Tailandın paytaxtı Banqkokun yaxınlığında yük maşınının furqona çırpılması nəticəsində 2 nəfər və min toyuq yanıb.

APA-nın “Nation” qəzetinə istinadən verdiyi xəbərə görə, yol qəzası yerli vaxtla gecə saat 3-də baş verib.

Qəza nəticəsində yük maşınının kabinində yanğın əmələ gəlib və avtomatik furqona keçib. Yük maşınının sürücüsü və onun sərnişini yanıb.

Furqonun daşıdığı 3 min toyuqdan mini də yanıb. Yük maşının yüksək sürətdə hərək etdiyi və qəzadan öncə əyləcə basmadığı məlum olub.

Polisin ehtimalına görə, yük maşınının sürücüsü yuxulu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR