Taliban sülh əldə olunana qədər ABŞ qoşunlarına hücumu davam etdirəcəyini bildirib

Taliban sülh əldə olunana qədər ABŞ qoşunlarına hücumu davam etdirəcəyini bildirib
# 07 oktyabr 2019 06:12 (UTC +04:00)


Taliban sülh müqaviləsi bağlanana qədər Əfqanıstandakı ABŞ qoşunlarına hücumu davam etdirəcəyi barədə açıqlama yayıb.

APA-nın Sputnik-ə istinadən verdiyi xəbərə görə, açıqlamada deyilir: “ABŞ ilə razılığa gəlməyənə qədər ABŞ əsgərlərinə hücumları davam etdirəcəyik. Kabil rəhbərliyi ilə danışmaq istəmirik, əvvəllər də belə danışıqları rədd etmişik”.

Qeyd edək ki, ABŞ və Taliban arasındakı sülh danışıqları baş tutacağı halda ABŞ qüvvələri Əfqanıstandan çıxarılacağı bildirilmişdi.

Əfqan hökuməti Talibanı dəstəkləməsə də, ölkədə sülhün bərqərar olması üçün onlarla yeni danışıqlar aparılmasına razılıq vermişdi. Lakin bunu qəbul etməyən Taliban Kabildəki administrasiyanı ABŞ-ın oyuncağı kimi qəbul edərək, danışıqları rədd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR