“Taliban”ın Əfqanıstanda otelə hücumu nəticəsində azı 8 nəfər ölüb - YENİLƏNİB

“Taliban”ın Əfqanıstanda otelə hücumu nəticəsində azı 8 nəfər ölüb - YENİLƏNİB
# 14 iyul 2019 05:39 (UTC +04:00)

Əfqanıstanın şərqindəki Badqiz əyalətində silahlıların mehmanxanaya hücumu nəticəsində azı 8 nəfər ölüb, ikisi uşaq olmaqla, da 10 nəfər xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin DİN nümayəndəsi Nüsrət Rəhiminin açıqlamasında deyilir.

Buna qədər terror aktı zamanı 4 nəfərin öldüyü deyilirdi.

Rəhiminin məlumatına görə, yerli vaxtla saat 12:40-da silahlı qruplaşma üzvləri mehmanxanaya daxil olaraq atəş açıqblar. Onlardan üçü təhlükəsizlik qüvvələri ilə atışmada məhv edilib, ikisi isə ələ keçirilib.

Hücuma görə məsuliyyəti “Taliban” hərəkatı üzərinə götürüb.

***

Saat 17:17

Əfqanıstanda “Taliban” silahlıları otelə hücum ediblər.

APA-nın “TOLO News” agentliyinə istinadən verdiyi xəbərə görə, hücum zamanı 3 nəfər təhlükəsizlik əməkdaşı öldürülüb, 10 nəfər yaralanıb.

Əfqanıstanın Badqiz vilayətində yerləşən otel binasını ələ keçirən terrorçularla polis qüvvələri arasında atışma gedir.

İlkin məlumatlara görə, binanı mühasirəyə alan təhlükəsizlik qüvvələri silahlılardan ikisinin öldürüldüyünü açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR