Tehran Ər-Riyadı Yəməndəki müharibəyə son qoymağa çağırıb

Tehran Ər-Riyadı Yəməndəki müharibəyə son qoymağa çağırıb
  • Clock-gray 04:38
  • calendar-gray 22 Sentyabr 2019

İranın Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanını Yəməndə insan itkisindən başqa heç nə gətirməyən müharibəyə son qoymağa çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr şənbə günü krallıqdakı neft obyektlərinə edilən hücumların Yəməndən deyil, İrandan olduğunu bildirib, bununla belə o, sübutlar gətirməyib.

“Başqalarına qarşı əsassız ittihamların əvəzinə Səudiyyə Ərəbistanı hökuməti Yəməndəki günahsız insanların öldürülməsindən və bu ölkənin məhv edilməsindən başqa bir şey gətirməyən dağıdıcı müharibəyə son qoymalıdır”, - deyə İran XİN-in sözçüsü Abbas Musəvi qeyd edib.

O, Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumda Tehranın iştirakı ilə bağlı səsləndirilən ittihamları bir daha rədd edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date