Tehran-İstanbul dəmir yolu marşrutunun açılması ilə bağlı razılıq əldə olunub

Tehran-İstanbul dəmir yolu marşrutunun açılması ilə bağlı razılıq əldə olunub
# 18 sentyabr 2019 13:22 (UTC +04:00)

İran və Türkiyə Tehran – İstanbul dəmir yolu marşrutunun açılması ilə bağlı razılığa gəlib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.

O bildirib ki, Təbriz – Van və Tehran – Ankara dəmir yolu marşrutlarının gediş-gəlişi ilə bağlı əvvəlcədən razılıq əldə olunub və iki ölkənin Nəqliyyat nazirlərinin görüşündə Tehran – İstanbul dəmir yolu marşrutunun da istifadəyə verilməsi haqda qərar qəbul olunub.

M. Vaezi qeyd edib ki, İran və Türkiyə arasında Türkiyədən İran və Qətərə, eləcə də Pakistan və Əfqanıstana da qatarların hərəkəti ilə bağlı qərar qəbul edilib: “Makudan Türkiyə sərhədinə dəmir yolu xəttinin çəkilməsi və bu xəttin Türkiyə dəmir yolu xəttinə birləşdirilməsi barədə qərar var”.

Xatırladaq ki, İrandan – Türkiyənin Ankara şəhərinə gedən dəmir yolu marşrutu ötən ay, habelə Təbrizdən Van şəhərinə gedən dəmir yolu marşrutu isə iyun ayında istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR