Tehranda 33-cü beynəlxalq Vəhdət Konfransı keçirilir

Tehranda 33-cü beynəlxalq Vəhdət Konfransı keçirilir
# 14 noyabr 2019 15:49 (UTC +04:00)

Tehranda 33-cü beynəlxalq Vəhdət Konfransı keçirilir. Konfransda İslam dünyasının alimləri və ziyalıları iştirak edirlər.

Konfransda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Mircəfər Əyyubzadə APA-nın Tehran bürosuna açıqlamasında bildirib ki, tədbirdə bütün İslam ölkələrindən nümayəndələr iştirak edir. O müsəlmanlar üçün vəhdət və birliyin hava, su kimi vacib olıduğunu deyib.

Gürcüstan Müsəlmanları İdarəsinim sədri Ramin İgidov hər il keçirilən İslam Vəhdəti Konfransının olduqca mühüm və faydalı tədbir olduğunu bildirib. Onun sözlərinə görə, vəhdət səmimi olarsa, o zaman nəticəsi də olar.

Moskva İslam Cəmiyyətinin rəhbəri Nizami Baloğlanov konfransın müsəlmanları birliyə çağırdığını deyib.

Konfrans sabah başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR