Tokioda 5,5 bal gücündə zəlzələ olub

Tokioda 5,5 bal gücündə zəlzələ olub
# 24 iyun 2019 04:50 (UTC +04:00)

Yaponiyanın paytaxtı Tokioda və onu əhatə edən bölgələrdə 5,5 bal gücündə zəlzələ olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş Meteoroloji İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin mərkəzi Tiba prefekturasının cənub sahillərinə, zəlzələ ocağı isə 60 km dərinliyə təsadüf edib. Sunami təhlükəsinin olmadığı deyilir.

Dağıntılar və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR