Türkiyə İraqın şimalında hərbi əməliyyatlara başlayıb

Türkiyə İraqın şimalında hərbi əməliyyatlara başlayıb
# 13 iyul 2019 13:17 (UTC +04:00)

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında yerləşən terrorçulara qarşı “Pəncə-2” adı altında hərbi əməliyyatlara başlayıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Pəncə-2” hərbi əməliyyatları İraqın şimalında yerləşən Hakurk bölgəsində terrorçuların gizləndikləri mağara və sığınacaqlar məhv edilənə qədər davam edəcək.

Əməliyyatlar helikopterlər, qırıcılar və pilotsuz uçuş aparatlarının iştirakı ilə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR