Türkiyə ordusu tərəfindən “Barış bulağı” çərçivəsində 277 terrorçu zərərsizləşdirilib - YENİLƏNİB

Türkiyə ordusu tərəfindən “Barış bulağı” çərçivəsində 277 terrorçu zərərsizləşdirilib - YENİLƏNİB
# 11 oktyabr 2019 08:32 (UTC +04:00)

Türkiyə Müdafiə Nazirliyi "Barış bulağı" çərçivəsində həyata keçirilən gecə əməliyyatları nəticəsində 49 PKK / PYD-YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, hərbi əməliyyatın başlamasından bəri ümumilikdə 277 terrorçu zərərsizləşdirilib.

****

10 oktyabr, 22:50

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında ”Barış bulağı” hərbi əməliyyatı çərçivəsində daha 19 terrorçu öldürülüb.

APA-nın yerli bürosunun Türkiyə Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, Suriyanın Rəsulayn bölgəsində hava hücumları nəticəsində 19 PKK/PYD/YPG terrorçuları öldürülüb. Nazirlikdən verilən açıqlamada bildirlib ki, ”Barış bulağı” başladığı vaxtdan indiyədək isə ümumilikdə, 174 terrorçu məhv edilib.

Qeyd edək ki, Nazirliyin rəsmi Twitter hesabından Türkiyə Hava Qüvvələrinə aid döyüş təyyarələrinin gecə uçuşları da görüntülənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR