Türkiyə ordusunun iki əsgəri şəhid olub

Türkiyə ordusunun iki əsgəri şəhid olub
  • Clock-gray 13:13
  • calendar-gray 20 Oktyabr 2019

Türkiyə ordusunun iki əsgəri şəhid olub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyi Türkiyə və ABŞ arasında əldə edilən razılaşmaya uyğun olaraq oktyabrın 20-də Suriyanın şimalında Tel-Abyad bölgəsində YPG/PKK terrorçularının bölgədən çıxması ilə əlaqədar müşahidə aparan zaman hərbçilərə tankdan atəş açıldığı barədə məlumat yayıb.

Nəticədə bir hərbçi şəhid olub, bir hərbçi yaralanıb.

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində isə PKK terrorçularının açdığı atəş nəticəsində bir əsgər ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, əsgər şəhid olub.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date