Türkiyə Prezidenti: “Kəşmir açıq havada həbsxanaya çevrilib”

Türkiyə Prezidenti: “Kəşmir açıq havada həbsxanaya çevrilib”
  • Clock-gray 17:10
  • calendar-gray 25 Sentyabr 2019

“Kəşmir açıq havada həbsxanaya çevrilib. Kəşmirə giriş-çıxış qadağan edilib”. 

APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Pakistan Baş Naziri İmran Xanla birgə Nyu-Yorkda qatıldığı tədbirdə çıxışı zamanı deyib. 

“Ən əsası, baş verənlərin fonunda Hindistan Xarici İşlər naziri, Hindistanın Türkiyədəki səfiri bizim Kəşmirlə bağlı mövqeyimizin düzgün olmadığı qənaətindədirlər. Məgər biz onlardan icazə alaraq, siyasətimizi müəyyən etməliyik?!”, - deyə Türkiyə Prezidenti vurğulayıb. 

O qeyd edib ki, Türkiyə artmaqda olan islam düşmənçiliyinə qarşı mübarizəni davam etdirəcək: “İslam barış dinidir. Cəmmu və Kəşmirdə müsəlmanların haqlarını sona qədər qorumaq bizim əsas məqsədimizdir”. 

Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Nat Kovind Cəmmu və Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı fərman imzalayıb. Fərmana əsasən, Cəmmu və Kəşmir ştat statusunu itirəcək və ittifaq ərazisi olacaq. Bundan əlavə, Cəmmu və Kəşmirin tərkibində olan Ladakx vilayəti də ayrıca ittifaq ərazisi olacaq. İttifaq əraziləri ştatlardan fərqli olaraq, birbaşa federal hökumət tərəfindən idarə olunur. Cəmmu və Kəşmirin bir sıra bölgələrində Hindistan hökumətinin bu qərarına qarşı kütləvi etirazlar keçirilib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date