Türkiyə Prezidenti: “Yoxsa bu terror təşkilatlarını NATO-ya üzv qəbul elədiniz, mənimmi xəbərim olmadı?”

Türkiyə Prezidenti: “Yoxsa bu terror təşkilatlarını NATO-ya üzv qəbul elədiniz, mənimmi xəbərim olmadı?”
# 14 oktyabr 2019 17:42 (UTC +04:00)

“Nə vaxtdan bəri terror təşkilatları NATO üzvünə qarşı müdafiə olunur? Yoxsa bu terror təşkilatlarını NATO-ya üzv qəbul elədiniz, mənimmi xəbərim olmadı?"

APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Türk İş Şurasının iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyənin əsas məqsədi Suriyanın şimalını PYD/YPG və İŞİD terrorçulardan təmizləməkdir.

Ərdoğan qeyd edib ki, Türkiyə ordusunun Suriyanın şimalından hərbi əməliyyatlar başlayandan bəri Türkiyə ərazisinə 700-dən çox raket zərbələri endirilib.

O hərbi əməliyyatlar zamanı Türkiyənin itkilərini də açıqlayıb. Türkiyə Prezidenti vurğulayıb ki, 18 insan həyatını itirib, 148 nəfər yaralanıb: “3 milyon 650 min ərəb bizim torpaqlarımızda qonaqdır. Axı bunları niyə görmürlər, onlar Suriyadan qaçıblar. Biz qardaşlıq vəzifəsi olaraq bu işi görürük. Bu işdə Avropa İttifaqı dəstək verəcəyini vəd etsə də, 3 milyard avrodan başqa bir şey ödəməyib. Biz isə 40 milyarddan çox xərc çəkmişik”.

Türkiyə Prezidenti “Barış bulağı” hərəkatının kürdləri hədəf alması barədə iddiaları əsassız adlandırıb: “Bizim əsas hədəfimiz terrorizmdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR