Ərdoğan ABŞ-ın vitse-prezidenti ilə görüşəcək - YENİLƏNİB

Ərdoğan ABŞ-ın vitse-prezidenti ilə görüşəcək - YENİLƏNİB
# 16 oktyabr 2019 17:00 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşəcək.

APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Türkiyə Prezidenti və ABŞ-ın vitse-prezidenti arasında görüşün sabah keçiriləcəyi bildirlir.

***

saat 16:30

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Pens və Dövlət katibi Mayk Pompeo ilə görüşməyəcəyini açıqlayıb.

APA-nın verdiyi xəbərə görə, Ərdoğan bu barədə "Sky News"a verdiyi açıqlamada bildirib. Türkiyə Prezidenti Suriya mövzusunu ABŞ Prezidenti Donald Trampdan başqa heç kimlə müzakirə etməyəcəyini vurğulayıb.

R.T.Ərdoğan M.Pens və M.Pompeonun öz türkiyəli həmkarları ilə görüşmələrinin daha uyğun olduğunu və özünün isə görüşmək üçün D.Trampı gözləyəcəyini bildirib.

“Fikrimdə qətiyəm. Mən onlarla görüşməyəcəyəm. Onlar öz türkiyəli həmkarları ilə görüşəcəklər”, - deyə Türkiyə Prezidenti bildirib.

ABŞ vitse-prezidenti Mayk Pens isə Ərdoğanın onunla görüşməyəcəyini deməsinə baxmayaraq, Ankaraya gedəcək. Bu barədə isə onun sözcüsü məlumat verib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp vitse-prezident Mayk Pensi Türkiyənin Suriyada apardığı “Barış bulağı” hərəkatını dayandırmağa razı salmaq üçün Ankaraya göndərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR