Türkiyə Prezidentinə sui-qəsd cəhdində təqsirləndirilən şəxs saxlanılıb

Türkiyə Prezidentinə sui-qəsd cəhdində təqsirləndirilən şəxs saxlanılıb
# 10 sentyabr 2019 11:02 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı sui-qəsd cəhdində təqsirləndirilən keçmiş hərbçi saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ö. Abdulkadir Eskişəhərdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Saxlanılan şəxs İzmirə gətiriləcək.

Qeyd edək ki, 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd olub. Həmin gün Muğla vilayətinin Marmaris rayonunda oteldə olan Türkiyə Prezidentinə qarşı sui-qəsd cəhdi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR