Ərdoğanın Pakistana səfəri təxirə salınıb

Ərdoğanın Pakistana səfəri təxirə salınıb
  • Clock-gray 17:08
  • calendar-gray 17 Oktyabr 2019

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın oktyabrın 23-24-də Pakistana edəcəyi rəsmi səfəri təxirə salınıb.

APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözcüsü Muhammed Faysal bildirib.

“Türkiyə terrordan ən çox əziyyət çəkən ölkələrdən biri olduğuna görə, biz onların regional təhlükəsizliklə bağlı narahatlıqlarını başa düşməliyik. Pakistanın Baş Naziri İmran Xan da Türkiyə Prezidenti Ərdoğana zəng edərək ölkəmizin dəstəyini diqqətə çatdırdı. Pakistan Suriyanın ərazi bütövlüyü və məsələnin ən qısa zamanda siyasi yolla həll olunmasına dəstəyini davam etdirəcək. Prezident Ərdoğanın həyata keçirəcəyi səfər təxirə salınıb. Təxirə salınmış ziyarətin növbəti tarixi yenidən planlaşdırılacaq”, - deyə Pakistan XİN sözcüsü bildirib.

İlkin Cəlilov

Digər xəbərlər

Arxiv

date