Türkiyə XİN BMT-də keçirilən "Hindistan-Pakistan" adlı müşavirələri alqışlayıb

Türkiyə XİN BMT-də keçirilən "Hindistan-Pakistan" adlı müşavirələri alqışlayıb
# 17 avqust 2019 22:14 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi ötən gün BMT Təhlükəsizlik Şurasında Cəmmu və Kəşmir məsələsinə dair keçirilən sessiya ilə bağlı bəyanat yayıb.

APA Türkiyə XİN-in rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə avqustun 16-da Cəmmu və Kəşmirə dair "Hindistan-Pakistan" adlı müşavirələri alqışlayır.

"Biz ümid edirik ki, bu məsələ beynəlxalq hüquq əsasında hər iki tərəf arasında dialoq vasitəsilə öz həllini tapacaq. Tərəfləri təmkin sərgiləməyə və gərginliyi artıracaq addımlardan çəkinməyə səsləyirik. Biz inanırıq ki, BMT əvvəl qəbul edilən qətnamələr çərçivəsində bu məsələnin həllində daha aktiv rol oynamalıdır", - Türkiyə XİN-in yaydığı bəyanatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR