Türkiyə XİN Özbəkistanın Naxçıvan Sazişinə uyğun olaraq Türk Şurasına üzvlüyünü təsdiqləyib

Türkiyə XİN Özbəkistanın Naxçıvan Sazişinə uyğun olaraq Türk Şurasına üzvlüyünü təsdiqləyib
# 15 sentyabr 2019 00:36 (UTC +04:00)

Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olmaq barədə müraciəti Naxçıvan Sazişinə uyğun olaraq Türkiyənin Xarici İşlər
Nazirliyi (XİN) tərəfindən təsdiqlənib.

APA-nın yerli bürosuna Türkiyə XİN-dən verilən məlumata görə, Türk Şurasının qurulmasında əsas sənəd olan Naxçıvan Sazişinə Özbəkistanın qoşulması üçün tələb olunan daxili təsdiqləmə prosesi başa çatıb: “Lazımi prosedurlar və bildirişlər bu gün Türkiyə XİN tərəfindən tamamlanıb və Naxçıvan Sazişinin müvafiq maddəsinə uyğun olaraq 14 oktyabr 2019-cu ildə Özbəkistan üçün Türk Şurasına üzvlük qüvvəyə minəcək”.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.

Qeyd edək ki, Türk Şurası 3 oktyabr 2009-cu ildə Türkdilli ölkələrin dövlərt başçılarının Naxçıvanda keçirilən 9-cu Zirvə toplantısında imzalanmış Sazişə əsasən yaradılıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Oktyabrın 3-də Bakıda Naxçıvan Sazişinin 10-cu ildönümünə həsr olunmuş konfrans keçiriləcək.

Onu da qeyd edək ki, Türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilata müşahidəçi qismində iştirak etmək üçün bu il Türkmənistan da müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR