Türkiyədə 3 nəfər seldə boğulub

Türkiyədə 3 nəfər seldə boğulub
# 16 iyun 2019 15:44 (UTC +04:00)

Türkiyənin müxtəlif bölgələrində leysan yağışlar nəticəsində 3 nəfər ölüb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Qırıqqala vilayətinin Sulaqyurd rayonunun Ayvatlı kəndində ər və arvad - 55 yaşlı Məhmət Öztürk və 50 yaşlı Fatma Öztürk leysan yağışların səbəb olduğu sel sularında boğulub.

Qocaelində Nənəxatun məhəlləsində sel suları bir marketin anbarına dolub, 36 yaşlı Elif Ural həyatını itirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyədə iyun ayları adətən, daha çox küləkli keçib, leysan yağışlar müşahidə olunmayıb. Ancaq bu il iyun ayında ölkənin müxtəlif bölgələrində leysan yağışlar yağır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR