Türkiyənin Müdafiə naziri: “Suriyada hərbi əməliyyatlarla bağlı hazırlıqlar davam etdirilir”

Türkiyənin Müdafiə naziri: “Suriyada hərbi əməliyyatlarla bağlı hazırlıqlar davam etdirilir”
# 09 oktyabr 2019 13:06 (UTC +04:00)

Türkiyənin Müdafiə naziri Hulusi Akar Türkiyə ordusunun Suriyanın şimal-şərqində həyata keçirəcəyi hərbi əməliyyatlarla bağlı son vəziyyəti açıqlayıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyənin Müdafiə naziri qeyd edib ki, hərbi əməliyyatlarla bağlı fəaliyyət davam etdirilir, hazırlıq işləri aparılır.

Qeyd edək ki, Ağ Ev Türkiyə Ordusunun Suriyada hərbi əməliyyatlara başlayacağını təsdiqləyib. Bundan sonra, ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR