Türkiyəyə Suriyadan top mərmiləri atılıb, ölən və yaralılar var

Türkiyəyə Suriyadan top mərmiləri atılıb, ölən və yaralılar var
# 15 oktyabr 2019 15:06 (UTC +04:00)

Türkiyə ordusunun Suriyanın şimalında hərbi əməliyyatlara başlamasından sonra terrorçular Türkiyə ərazisini top atəşinə tutub.

APA-nın yerli bürosunun xəbərinə görə, PKK/YPG terrorçuları Suriyanın Haseke vilayətindən Mardin vilayətinin Qızıltəpə rayonuna top mərmiləri atıblar.

Nəticədə 2 nəfər Türkiyə vətəndaşı şəhid olub, 12 nəfər isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR