“Cəbhət ən-Nüsrə” Rusiya təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb

“Cəbhət ən-Nüsrə” Rusiya təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb
  • Clock-gray 23:57
  • calendar-gray 03 Fevral 2018

“Həyat Təhrir əş-Şam” (əvvəllər “Cəbhət ən-Nüsrə”-red.) terror qruplaşması Suriyanın İdlib bölgəsində Rusiyaya məxsus “Su-25” təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə APA  “Reuters”yə istinadən xəbər verir.

 

Qeyd edək ki, fevralın 3-də günorta saatlarında Suriyanın İdlib əyalətində Rusiyaya məxsus “Su-25” tipli təyyarə vurulub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilot katapult etməyə imkan tapa bilib, lakin silahlılarla döyüşərək həlak olub. 

 

Təyyarənin səyyar zenit-raket kompleksindən vurulduğu bildirilir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date