ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri bərpa edəcək

ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri bərpa edəcək
# 20 mart 2018 02:54 (UTC +04:00)

Rəsmi Vaşinqton və Seul Koreya yarımadasında birgə hərbi təlimləri davam etdirəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında deyilir.

Bildirilir ki, Şimali Koreya tərəfi hərbi təlimlərin bərpası ilə bağlı məlumatlandırılıb. Yeni təlimlərə aprelin 1-də start veriləcək.

Qeyd edək ki, təlimlərə Cənubi Koreyanın Pxençxan şəhərində Qış Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar fasilə verilmişdi.

Martın 9-da Şimali Koreya lideri Kim Çen In nüvə və raket sınaqlarından imtina etməyə hazır olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri ilə may ayınadək görüşün keçirilməsinə razılıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR