ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri dayandırır

ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri dayandırır
  • Clock-gray 23:51
  • calendar-gray 18 İyun 2018

Cənubi Koreya və ABŞ Koreya yarımadasında avqust ayına planlaşdırılan  “Ulchi Freedom Guardian” birgə hərbi təlimləri təxirə salmağa qərar veriblər.

 

APA-nın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Müdafiə nazirliyinə istinadən məlumat verib.

 

“Cənubi Koreya və ABŞ avqustda keçirilməsi nəzərdə tutulan "Ulchi Freedom Guardian" hərbi təlimləri üzrə bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul ediblər” məlumatda deyilir.

 

Qeyd edək ki, Sinqapur sammitindən sonra ABŞ prezidenti Donald Tramp Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmaq barədə vəd verib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date