Bəşər Cəfəri: "KSQT-in missiyası bir neçə saata Suriyada işə başlayacaq"

Bəşər Cəfəri: "KSQT-in missiyası bir neçə saata Suriyada işə başlayacaq"
# 13 aprel 2018 18:48 (UTC +04:00)

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) mütəxəssisləri bir neçə saata Suriyada işə başlayacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bəyan edib.

“Suriya hökuməti Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının faktaraşdırıcı missiyasını kimyəvi hücumla bağlı iddia edilən yerlərə ziyarət etməyə dəvət edib. Biz missiyanın şəffaf şəkildə işləməsi üçün bütün zəruri şərait yaratmağa hazırıq. Mütəxəssislərin bir neçə saata işə başlaması gözlənilir”, deyə B.Cəfəri qeyd edib.

Qeyd edək ki, aprelin 7-də Suriyanın Şərqi Quta bölgəsində yerləşən Duma şəhərində kimyəvi silahın tətbiqi nəticəsində çoxlu sayda insanın öldüyü barədə xəbərlər yayılıb. Suriya və Rusiya hökumətləri bu xəbərləri yalan adlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR