BMT Baş Assambleyası İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyib

BMT Baş Assambleyası İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyib
# 14 iyun 2018 00:23 (UTC +04:00)

BMT Baş Assambleyası əksər səs çoxluğu ilə İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyən qətnamə qəbul edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə Baş Assambleyanın xüsusi sessiyasında keçirilib.

Sənədin lehinə 120, əleyhinə isə 8 ölkə səs verib, 45 ölkə bitərəf qalıb.

Ərəb ölkələrinin hazırladığı qətnamədə İsrailin Şərqi Qüds və Qəzza zolağı daxil olmaqla, işğal olunmuş Fələstin ərazilərində dinc əhaliyə qarşı hədsiz və qeyri-proporsional güc tətbiq etməsi pislənib. Qətnamə İsraili qanuni öhdəliklərə riayət edərək bu kimi hərəkətlərdən çəkinməyə çağırıb.

Bölgədə atəşkəsi dərhal təmin etməyə çağıran BMT Baş Assambleyası həmçinin Fələstində mülki əhalinin təhlükəsizliyi və müdafiəsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsinə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR